14 sentyabr 2026 14:10
95

Bakı Dəmiryol Vağzalında yeni turniket zalı istifadəyə veriləcək

"Azərbaycan Dəmir Yolları" (ADY) sentyabrın 15-dən sərnişin axınının daha çevik idarə olunması məqsədilə Bakı Dəmiryol Vağzalında yeni turniket zalı istifadəyə verəcək.

“İki sahil” xəbər verir ki, bu barədə səhmdar cəmiyyətindən məlumat verilib.

Vağzalda mövcud 35 turniketdən əlavə yeni zalda 11 turniket quraşdırılıb. Bununla da Bakı vağzalında turniketlərin ümumi sayı 32% artaraq 46-ya çatdırılıb. Bu yenilik xüsusilə gediş-gəlişin intensiv olduğu saatlarda sərnişinlərin daha rahat hərəkətinə imkan yaradacaq.