Türkiyənin xarici işlər naziri Hakan Fidan sentyabrın 15-də Azərbaycana səfər edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Hakan Fidanın ikigünlük səfər çərçivəsində azərbaycanlı həmkarı Ceyhun Bayramov və digər rəsmi şəxlərlə görüşləri nəzərdə tutulub.
Məlumatda qeyd olunub ki, görüşlərdə Türkiyə-Azərbaycan münasibətləri çərçivəsində 15 milyard dollarlıq ümumi ticarət dövriyyəsi hədəfinə çatmaq üçün görüləcək işlər, enerji və nəqliyyat sahələrinə dair məsələlər və layihələr müzakirə ediləcək.
Eyni zamanda Hakan Fidanın səfər zamanı Türkiyənin yaxın vaxtlarda ev sahibliyi edəcəyi Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə görüşü və COP31-lə bağlı məsləhətləşmələrin aparılması da nəzərdə tutulur.
Vüsal Nəsirli sentyabrın 25-də Hacıqabul rayonu və Şirvan şəhərinin sakinlərini qəbul edəcək
Avropa Komissiyası Ukraynanın baş prokuroru ilə bağlı vəziyyəti şərh etməkdən imtina edib