Bu gün Bakı şəhərinin erməni-daşnak qüvvələrinin işğalından azad edilməsinin 108-ci ildönümüdür.
“İki sahil” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. "108 il öncə Azərbaycan Korpusunun da yer aldığı Qafqaz İslam Ordusu tərəfindən Bakının azad edilməsi Azərbaycanın dövlətçilik mübarizəsində mühüm dönüş nöqtəsi oldu. Bu tarixi Qələbə Azərbaycan xalqının müstəqillik və dövlətçilik iradəsini, xalqımızla müttəfiqlərinin birliyini, şücaətini və fədakarlığını nümayiş etdirdi. Bu tarixi Qələbənin əldə olunması uğrunda canlarından keçən bütün qəhrəmanların əziz xatirəsini dərin ehtiram və minnətdarlıqla yad edirik", - deyə məlumatda qeyd edilib.
Qərbi Azərbaycan İcması Ermənistanın mövqeyini Azərbaycanın daxili işlərinə müdaxilə cəhdi kimi dəyərləndirib
"Sülh Körpüsü" Təşəbbüsü Ermənistan mediasının diplomatların Qarabağa səfəri ilə bağlı qərəzli mövqeyini pisləyib
Media və Yayım Şurasında Ferhat Pirinççinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib