Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda rəsmi səfərdə olan türkiyəli həmkarı Hakan Fidanı qarşılayıb.
“İki sahil” xəbər verir ki, bu barədə Ceyhun Bayramovun "X" hesabında məlumat paylaşılıb.
"Səfər Azərbaycan və Türkiyə arasındakı güclü strateji tərəfdaşlığı, müttəfiqlik münasibətlərini və qardaşlıq bağlarını əks etdirir", - paylaşımda qeyd olunub.
Daha sonra nazirlər arasında təkbətək görüş keçirilib.
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib
Türkiyə XİN Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü münasibətilə paylaşım edib