Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Kosta-Rika və El-Salvadoru Müstəqillik Günü münasibətilə təbrik edib.
“İki sahil” xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.
"Kosta-Rika Respublikasının Milli Günü münasibətilə Kosta-Rika xalqını və hökumətini səmimi-qəlbdən təbrik edirik!", - deyə pyalşımda bildirilib.
Bundan başqa, XİN El-Salvadoru bu ölkənin Milli Günü münasibətilə təbrik edib: "Salvador Respublikasının Milli Günü münasibətilə Salvador xalqını və hökumətini səmimi-qəlbdən təbrik edirik!"
Rəsmi Bakı həmçinin Qvatemala Respublikasını da Milli Günü münasibətilə təbrik edib.
"Qvatemala xalqını və hökumətini səmimi-qəlbdən təbrik edirik!" , - deyə paylaşımda qeyd olunub.
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib
Türkiyə XİN Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü münasibətilə paylaşım edib
XİN: Bakının azad edilməsi Azərbaycanın dövlətçilik mübarizəsində mühüm dönüş nöqtəsi oldu