15 sentyabr 2026 15:14
100

Ceyhun Bayramov: Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə 110 bəndlik yol xəritəsi qəbul olunub

Bütün sahələr üzrə əməkdaşlığımız mövcuddur və bu əməkdaşlığın təməlləri kifayət qədər genişdir.

Azərbaycan ilə Türkiyə arasındakı əməkdaşlıq, yalnız regional məsələlərlə məhdudlaşmır. Belə ki, Azərbaycan, Türkiyə və hər hansı Afrika ölkəsi arasında üçtərəfli formatda əməkdaşlığın həyata keçirilməsi üçün də geniş imkanlar mövcuddur.

“İki sahil” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov türk həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, 2025-ci ilin dekabr ayında Azərbaycan və Türkiyə arasında Hökumətlərarası Komissiyanın iclasının nəticəsi olaraq iki ölkə arasında yalnız iqtisadi sahəni əhatə edən 110 bənddən ibarət yol xəritəsi qəbul olunub. Bu yol xəritəsi qarşıdakı illərə hesablanmış mühüm sənəddir.