14–15 sentyabr tarixlərində Bolqarıstanın Sofiya şəhərində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə İşçi Qrupunun iclası keçirilib.
“İki sahil” xəbər verir ki, İşçi Qrupunun rəhbəri, “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Nicat Quliyevin iştirak etdiyi iclas çərçivəsində Orta Dəhlizin cəlbediciliyinin artırılması və yük axınları üçün əlverişli şəraitin yaradılması məqsədilə konteyner daşımalarının və yük daşıma tariflərinin optimallaşdırılması məsələləri müzakirə edilib.
Müzakirələrin yekunu olaraq dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, yükdaşımaların səmərəliliyinin artırılması, eləcə də regionda ticarət və logistikanın inkişaf etdirilməsi barədə protokol imzalanıb.
Daha 90 ədəd tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir
“Zirvə Agro” MMC və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb