AZCON Holding-in icraçı direktoru Şahin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti İsveçrəyə səfər çərçivəsində BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibinin müavini Dmitriy Mariyasinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Görüşdə nəqliyyat və kommunikasiya aktivlərinin idarə olunması və inkişaf etdirilməsi, bu sahələrdə beynəlxalq təcrübənin tətbiqi və əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər Orta Dəhliz üzrə nəqliyyat əlaqələrinin səmərəliliyinin artırılması, rəqəmsallaşma, beynəlxalq təcrübə mübadiləsi, eləcə də nəqliyyat və infrastruktur sahələrində potensial əməkdaşlıq imkanlarını müzakirə ediblər.
AZCON Holding Dünya İqtisadi Forumu ilə rəqəmsal transformasiya və süni intellekt sahələrində əməkdaşlığı genişləndirir
Aqrar Sığorta Fondu aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert təlimləri üçün qeydiyyat davam edir
ADY Sofiyada Orta Dəhlizin cəlbediciliyinin artırılması üzrə müzakirələrdə iştirak edib