15 sentyabr 2026 23:25
145

Ermənistanın gizli niyyətləri aşkarlandı

Ermənistan ərazi iddiasına görə ötən əsrin sonlarında Azərbaycana qarşı elan etmədən mü­ha­ribəyə başladı. İşğalçılıq müharibəsində Azərbaycanın ərazisinin 20 faizini işğal etdi. Yüzlərlə kəndi-şəhəri dağıtdı, odlara qaladı, yüzlərlə Azərbaycan vətəndaşını qətlə yetirdi, minlərlə mə­də­niy­yət abidələrini dağıtdı, muzeyləri viran qoydu. Beynəlxalq təşkilatların, bu sıradan BMT Təhlü­kəsizlik Şurasının qəbul etdiyi qətnamələrə məhəl qoymayan Ermənistan Azərbaycanın, eləcə də beynəlxalq təşkilatların sülh danışıqlarından yayınmaqla yeni ərazilər işğal etmək niyyəti ilə Azər­baycana hücumlarını davam etdirirdi. Belə hücumlardan biri 2020-ci ilin 27 sentyabrında oldu. Ordu hissələrimiz bu hücumun qarşısını qətiyyətlə aldı, Ali Baş Komandanın döyüş əmri ilə əks-hücuma keçdi. İkinci Qarabağ müharibəsi başladı...

Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazandı, 2023-cü il sentyabın 20-də antiterror əməliyyatı ilə ərazi bütövlüyünü tam bərpa etdi...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq işləri başladı. Neçə-neçə şəhərə, kəndə qayıdış Qarabağda qaç­qınların məskunlaşma prosesinin də Zəfərlə başa çatacağının zəmanəti oldu.

Siyasətdə səmimiyyət olmalıdırmı, olmamalıdırmı? Mahiyyəti baxımından Hamletin sualına bənzəri olmasa da bir cavab digərini təkzib edəcək. Onda nəyə inanmalı? Ermənistan dövləti adın­dan verilən bəyanatlaramı, Ermənistan dövlətinin dəstəklədiyi siyasi manevrlərəmi, hakimiy­yə­tin revanşist qüvvələri dəstəkləməyinəmi? Azərbaycanın Ermənistana müqayisəyə­gəl­məz gü­zəşt­lə­ri­nə görə səsləndirilən beş-on kəlməyəmi, bu güzəştlərin kölgəsində Azərbaycanın daxili işlərinə qa­rışmaq niyyətlərinəmi?..

İkinci Qarabağ müharibəsində məğlub olmuş Ermənistanın ordu hissələri 2022-ci il sent­yabrın 12-də işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Kəlbəcərdə geniş miqyaslı təxribat tö­rətmək istəmişdi, ordu his­­sə­ləri yenidən hücuma keçmişdi. Qısamüddətli döyüşdə (12-13 sent­yabr) düşmənin onlarla döyüşçüsü, xeyli hərbi texnikası məhv edilmişdi. Bu məğlubiyyətin illər sonra parlamentdə xatırladılması, həlak olanların bir dəqiqəlik sükutla yad edilməsi revanşizmin əlaməti deyilmi?

Dünyanın bəşəri dövlətləri, onu Azərbaycanda təmsil edən diplomatik korpus Azərbaycanın işğaldan azad edilmiş ərazilərində gedən quruculuq işləri ilə tanış olmaq üçün akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Şərqi Zəngəzura səfər etdi. Bu səfər sağlam siyasi rəylərin gerçəkliklərdən qaynaqlanmasına xidmət edirdi. Bu bəşərimissiya, Ermənistan cəmiyyətində ar­zu­­olunmaz (əslində gərəksiz və iş­ğal­çılıq niyyətinin yenidən baş qaldırması cəhdi) reaksiya ki­min kim olduğunu aşkarlayan missiya oldu. Azərbaycan hökuməti Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrini işğaldan azad edilmiş ərazilərə səfərini təşkil edirsə, bunun Ermənistana nə dəxli var? (bir el məsəli yada düşür: “Soğan yeməmisənsə için niyə göynəyir?”).

Ermənistanı narahat edən səbəb aydındır: diplomatik korpusun bu səfəri onların təmsil et­dik­ləri ölkələrin Azərbaycanın ərazi bütövlüyünü birmənalı tanıyır, dəstəkləyir. Azərbaycanın əra­zi bütövlüyünün bu miqyasda tanınmasından narahat olan, Azərbaycan ərazisində ermənilərin ya­şadığını, Ermənistanda azərbaycanlıların yaşamadığını (? –S.X.) iddia edən Ermənistanın sülh niyyətinə necə ina­nasan?

Tarixən Azərbaycanın ərazisində Qafqaz Albaniyası mövcud olub. Bu mövcud olma ərazinin albanlara mənsubluğu ola bilməz və belə də qəbul olunur. Azərbaycanda alban mədəniyyətinin izləri qalmaqdadır. Vaxtilə Azərbaycanın bir hissəsi olan Borçalıda da belə abidələr qalmaqdadır. Lakin Ermənistan bu abidələrin ermənilərə mənsubluğunu iddia etməkdədir. Ermənistan unudur ki, Azər­bay­can Respublikasının ərazisindəki bütün tarixi və mədəni abidələr, Alban mədəniyyəti Azərbay­can dövlətinə və xalqına məxsusdur, dövlət tərəfindən bütün məsuliyyəti ilə qorunur.

Müharibə vaxtı (əsasən, Birinci Qarabağ müharibəsində) Ermənistan Azərbaycanın mədə­niy­yət abidələrini məhv edib, Azərbaycan xalqının Ermənistan ərazisindəki mədəni izlərini silib, beynəlxalq hüququn, bu sıradan 1954-cü ildə Haaqa Konvensiyasının və UNESKO-nun müvafiq qə­rar­larını kobud şəkildə pozub. Bunu dünya ictimaiyyəti də yaxşı bilir, Emənistan da. Bəs nəticə? Nə­ticə sülh niyyəti olduğunu deyən Ermənistanın sülhdən uzaq (və çox uzaq!) aşkar niyyətinin aksiomatik xarici siyasətidir. Bunu diplomatik korpusun Şərqi Zəngəzura səfəri də təsdiqləyir...

Səbinə Xasayeva,

Milli Məclisin deputatı