16 sentyabr 2026 20:25
91

Nepalda dağıdıcı torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 1 403 nəfərə çatıb

Nepalda dağıdıcı torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 1 403 nəfərə çatıb.

“İki sahil” "Xinhua"ya istinadən xəbər verir ki, bu barədə sentyabrın 16-sı Nepalın Təbii Fəlakət Risklərinin Azaldılması İdarəsi bildirib. Onun məlumatına görə, 6 150 nəfər itkin düşmüş hesab olunur. Axtarış-xilasetmə əməliyyatları davam edir. İdarənin son hesabatına əsasən, indiyədək 13 742 nəfər xilas edilib.

Təbii fəlakət avqustun 26-da səhər saatlarında Nepalın şimalında baş verib. Uçqunun səbəb olduğu daşqın nəticəsində dağ süxurlarından ibarət güclü axın çay yatağı boyu çox böyük sürətlə 70 km-dən çox məsafə qət edərək geniş ərazinin su altında qalmasına gətirib çıxarıb. Çində 43 nəfər ölüb, 519 nəfər isə itkin düşmüş sayılır.