ABŞ və Litva kritik zəruri mineralların çıxarılması üzrə əməkdaşlıq müqaviləsi imzalayıblar.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti xəbər yayıb.
Məlumata görə, "Kritik minerallar çərçivə sazişi üzrə Anlaşma Memorandumu"nu dövlət katibi Marko Rubio və Litvanın xarici işlər naziri Kyastutis Budris imzalayıblar.
"Litva və ABŞ altı ay ərzində ortaq siyahıdan prioritet layihələri birgə müəyyənləşdirmək, onları dövlət və özəl sektoru onları maliyyələşdirmək üçün səfərbər etmək niyyətindədirlər", - Rubio imzalanma mərasimində bildirib.
O qeyd edib ki, fotonika sahəsində dünya lideri olan Litva ilə ABŞ-nin əməkdaşlığı hər iki ölkənin iqtisadiyyatı və müdafiəsi üçün çox vacibdir.
"Davamlı və etibarlı təchizat zəncirləri yaratmaq üçün aparıcı qlobal güc olan ABŞ ilə strateji tərəfdaşlıq qurmaq Litva hökumətinin xarici siyasət prioritetlərindən biridir", - Budris qeyd edib.
Onun sözlərinə görə, müqavilə çərçivəsində hər iki ölkənin təhlükəsizliyini və rifahını gücləndirəcək böyük layihələr həyata keçiriləcək.
Fransada poliş əməkdaşı terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanılıb