20 sentyabr 2026 19:32
82

Salyanda yol qəzasında 3 nəfər yaralanıb

Salyanda yol-nəqliyyat hadisəsi zamanı bir ailənin üç üzvü xəsarət alıb.

“İki sahil” xəbər verir ki, hadisə Salyan-Şirvan avtomobil yolunun rayonun Xələc kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Hyundai" markalı avtomobil digər avtomobillə toqquşub. Qəza nəticəsində Şirvan şəhər sakinləri, 2001-ci il təvəllüdlü Şahbazova Vəfa Maksim qızı, onun övladları, 2025-ci il təvəllüdlü oğlu və 2026-cı il təvəllüdlü qızı müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.