21 sentyabr 2026 16:45
132

İsrailin şimalında hava həyəcanı elan edilib

İsrailin şimalındakı Malkiya qəsəbəsi rayonunda hava hücumu xəbərdarlığı siqnalları işə düşüb.

“İki sahil” xəbər verir ki, bu barədə siqnal təhlükələr barədə milli xəbərdarlıq sistemi vasitəsilə yayılıb.

Malkiya qəsəbəsi Livanla sərhəddə yerləşir. Həyəcan siqnalının səbəbləri hələlik dəqiqləşdirilməyib.

Ordunun mətbuat xidmətindən bu xüsusə bildirilib ki, təfərrüatlar dəqiqləşdirilir.

Bu, İsraildə sentyabrın 20-dən 21-dək axşama qədər qeyd edilən yəhudilərin Yom-Kipur bayramının qızğın vaxtında baş verib.