23 sentyabr 2026 14:37
97

Mask Si Çinpini dahi lider adlandırıb

Çin Xalq Respublikasının sədri Si Çinpin dahi liderdir və onun hakimiyyəti dövründə Çin böyük tərəqqiyə nail olub.

“İki sahil” xəbər verir ki, bu barədə amerikalı iş adamı İlon Mask Çin liderinin ABŞ-a səfəri ərəfəsində bildirib.

O, Çin Mərkəzi Televiziyasına müsahibəsində qeyd edib: " Si Çinpin mənə dahi lider kimi görünür. Hakimiyyətdə olduğu müddətdə Çin böyük firavanlıq əldə edib".

Mask Çinə səfəri, o cümlədən Pekindən Sian şəhərinə sürət qatarı ilə səyahəti barədə təəssüratlarını bölüşüb.

"Əgər Çində olmusunuzsa, ildən-ilə, hətta bir il ərzində belə necə bir tərəqqinin baş verdiyini görə bilərsiniz, bu, çox nəzərə çarpır", – deyə Mask vurğulayıb. Onun sözlərinə görə, bütün bunlar çinli liderin əla iş gördüyünü və görkəmli şəxsiyyət olduğunu sübut edir.

Si Çinpin sentyabrın 25-dək davam edəcək dövlət səfəri ilə bu gün ABŞ-a yola düşüb.