Ukraynadakı silahlı münaqişənin nizamlanması Rusiyanın maraqlarına cavab verir. Bu fikri ABŞ-ın dövlət katibi Marko Rubio səsləndirib.
“İki sahil” xəbər verir ki, "77 WABC" radiostansiyasının "Sid & Friends in the Morning" proqramının efirində çıxış edən amerikalı diplomat qeyd edib ki, Rusiya üçün bu münaqişəyə son qoymaq tamamilə məntiqli olardı.
Eyni zamanda, Rubio vurğulayıb ki, bu, hərbi əməliyyatların mütləq dərhal dayanacağı anlamına gəlmir, çünki xarici siyasətdə hər zaman rasionallıq işləmir.