ABŞ-ın İrana qarşı hərbi əməliyyatları nəticəsində həlak olan amerikalı hərbçilərin sayı 19-a çatıb.
“İki sahil” xəbər verir ki, bu barədə Pentaqonun m'lumat bazasından məlum olur.
Bununla belə, hərbi idarə həlak olmuş hərbçinin şəxsiyyətini açıqlamayıb. "The Washington Post" (WP) qəzetinin məlumatına görə, söhbət Yaxın Şərq ölkələrindən birinə uçuş zamanı hərbi təyyarənin göyərtəsində ölən qadın zabitdən gedir. Nəşrin qeyd etdiyi kimi, ölüm birbaşa hərbi əməliyyatlarla əlaqəli deyil.
Daha əvvəl WP İrandakı münaqişədə həlak olan amerikalı hərbçilərin sayının rəsmi rəqəmlərdən yüksək olduğunu və ən azı 22 nəfər təşkil etdiyini bildirmişdi.
Rubio: Ukraynadakı münaqişənin başa çatması Rusiyanın maraqlarına cavab verir