Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalayıb. Sərəncam, ümumilikdə, 20 nəfərə şamil olunub.
“İki sahil” xəbər verir ki, əfv olunan şəxslər arasında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq rejimli cəzaçəkmə müəssisəsində cəza çəkən iki nəfər – Türkiyə Respublikasının vətəndaşları Demir Mehmet və Özdemir Salih də yer alıb.
Sərəncamın icrası dərhal təmin edilərək, adıçəkilən şəxslər bu gündən etibarən azadlığa buraxılıblar.