Sentyabrın 27-də Anım Günü münasibətilə Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin kollektivi Bakıda Zəfər parkını ziyarət ediblər.
“İki sahil” xəbər verir ki, FHN-in kollektivi Zəfər abidəsinin önünə gül dəstələri düzərək şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib.