27 sentyabr 2026 19:25
107

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Mədəniyyət Nazirliyinin kollektivi, aparıcı mədəniyyət müəssisələrinin rəhbərləri, ölkəmizin tanınmış mədəniyyət xadimləri Zəfər parkını ziyarət edib.

“İki sahil” xəbər verir ki, bu barədə nazirlikdən bildirilib. Nazirliyin kollektivi, mədəniyyət müəssisələrinin rəhbərləri, mədəniyyət xadimləri abidənin girişindəki xatirə daşının önünə gül dəstələri qoyub, qəhrəman Vətən övladlarının ölməz ruhları qarışında ehtiramlarını bildiriblər.