27 sentyabr 2026 21:43
111

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollektivi Zəfər parkını ziyarət edib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollektivi Zəfər parkını ziyarət edib.

“İki sahil” xəbər verir ki, komitədən bildirilib ki, Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi dərin ehtiramla yad edilib, Zəfər abidəsinin önünə gül dəstələri düzülüb.