27 sentyabr 2026 21:48
121

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər parkını ziyarət ediblər

27 Sentyabr - Anım Günü ilə əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların əməkdaşları Zəfər parkını ziyarət ediblər.

“İki sahil” xəbər verir ki, Vətənimizin müdafiəsi, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, Zəfər abidəsi önünə gül dəstələri qoyulub.