Aİ-nin müdafiə nazirləri gələcək tədarüklər müqabilində birliyin ayrı-ayrı ölkələrində qalan "Patriot" raket ehtiyatlarının Ukraynaya verilməsi barədə razılığa gələ bilməyiblər.
“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqının diplomatiya rəhbəri Kaya Kallas Aİ-nin müdafiə nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.
"Bu gün raketlərin verilməsi ilə bağlı heç bir yeni qərar qəbul edilməyib", – deyə Kallas bildirib.
Onun sözlərinə görə, Aİ-nin sonuncu variantı qalıb ki, ayrı-ayrı Aİ ölkələri Ukraynanın hərbi maliyyələşdirilməsi üçün 90 milyard avroluq fonddan ödəniləcək yeni tədarüklər əldə etmək məqsədilə qalan ehtiyatlarını Ukraynaya ötürsünlər.