29 sentyabr 2026 12:16
88

Dutertenin dosyesində süni intellekt tərəfindən yaradılmış materiallar aşkar edilib

Filippinin sabiq prezidenti Rodriqo Dutertenin vəkilləri Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) onun işi üzrə dosyesində süni intellekt (Sİ) tərəfindən yaradılmış materiallar, eləcə də səhvləri olan sənədlər və çoxsaylı dublikatlar aşkar ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə TASS-a diplomatik mənbə məlumat verib.

"Dosyede çox sayda dublikat, səhv tarixləri olan sənədlər, həmçinin süni intellekt tərəfindən yaradılmış anlaşılmaz xülasələr aşkar edilib. Bununla əlaqədar olaraq vəkillər işdəki materialların sayının azaldılması barədə vəsatət qaldırıblar", – deyə agentliyin həmsöhbəti bildirib.