29 sentyabr 2026 13:09
170

Deputat vətəndaş qəbulu keçirib

Deputat Pərvanə Vəliyeva Xətai rayonu 35 saylı seçki dairəsi üzrə, 194 nömrəli orta məktəbdə vətəndaş qəbulu keçirib. Qəbulda sözügedən məktəbin ətraf ərazilərində yaşayan sakinlər iştirak ediblər.

Əvvəlcə vətəndaşların kollektiv müraciətləri dinlənilib. Vətəndaşlar yaşadıqları küçələrdə yağış suyu kollektorunun tutulması nəticəsində subasma problemi ilə bağlı kollektiv müraciət ünvanlayıblar. Bundan başqa, məktəb ətrafında piyada zolaqları və işıqfor quraşdırılması ilə sagirdlərin daha təhlükəsiz şəkildə məktəbə çatmasının təmin edilməsi, bir sıra avtobus marşrutlarının bərpası, sənədsiz həyət evləri və qəzalı vəziyyətdə olan binalarla bağlı müraciətlər də olub.

Daha sonra fərdi şəkildə deputata yaxınlaşan 20 nəfərdən çox vətəndaşın ərizələri qəbul edilib. Qeyd olunub ki, vətəndaşlar tərəfindən qaldırılan məsələlər araşdırılaraq qanunvericilik çərçivəsində həll olunması istiqamətində müvafiq dövlət qurumları ilə iş aparılacaqdır.