Milli Məclis "Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında" Avropa Konvensiyasına İkinci Əlavə Protokolu təsdiq edib.
“İki sahil” xəbər verir ki, Protokolun təsdiqi haqqında qanun layihəsi parlamentin payız sessiyasının bugünkü - ilk iclasında müzakirəyə çıxarılıb.
Sənədə əsasən, 2001-ci il 8 noyabr tarixli "Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında" Avropa Konvensiyasına İkinci Əlavə Protokol Azərbaycanın müvafiq qeyd-şərti və bəyanatları ilə təsdiq edilib.
Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul olunub.