Oktyabrın 1-i Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108-ci ildönümü və prokurorluq işçilərinin peşə bayramı günüdür.
“İki sahil” xəbər verir ki, 108 il əvvəl əsası qoyulan Azərbaycan Prokurorluğu müxtəlif tarixi mərhələlərdən keçərək, bu gün müasir hüquq-mühafizə təsisatlarından birinə çevrilib. Bu yol dövlət quruculuğunun mürəkkəb və mühüm mərhələləri, müstəqilliyin bərpası, hüquqi islahatlar və ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnir.