Dünyada qarşıdurmaların və ideoloji təhdidlərin artdığı bir vaxtda zərərli xarici təsirlərə qarşı sayıqlığın qorunması xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın müstəqil xarici siyasəti, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi, regionda yaratdığı yeni reallıqlar müəyyən xarici dairələri narahat edir.
“İki sahil” xəbər verir ki, bu fikirləri Trend BİA-nın direktor müavini, əməkdar jurnalist Sahil Kərimli “Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində Azərbaycan Dillər Universitetində tələbələrlə görüş zamanı bildirib.
S.Kərimli əlavə edib ki, onlayn mediada və sosial şəbəkələrdə Azərbaycana qarşı saxta, qərəzli məlumatların yayıldığını görürük:
"Bu məlumatların məqsədi milli həmrəyliyi pozmaq, vətəndaş həmrəyliyinə xələl gətirmək və cəmiyyətimizin uzun illərdir qoruyub saxladığı birliyi zəiflətməkdir. Hər bir vətəndaşın borcu belə xəbərlərə və ideoloji təhdidlərə qarşı ayıq-sayıq olmaqdır".
S.Kərimli qeyd edib ki, layihə çərçivəsində tələbələrlə görüşlərin keçirilməsi gənclərin cəmiyyətin gələcəyində mühüm rol oynaması ilə bağlıdır.
“Azərbaycan gəncləri milli, vətənpərvərlik və dövlətçilik ruhunda böyüyürlər. Lakin bu, arxayınlaşmağa əsas vermir. Zərərli xarici təsirlərə qarşı daim qabaqlayıcı tədbirlər görülməli, gənclərin məlumatlılığı artırılmalıdır”, – deyə o vurğulayıb.
Sahil Kərimli vahid məktəbli forması ətrafında aparılan müzakirələrə də toxunub. O bildirib ki, Azərbaycan dünyəvi dövlətdir, ölkədə dini etiqad azadlığı təmin olunur, dini abidələrə və ibadət yerlərinə diqqət göstərilir. Onun fikrincə, məktəbli forması məsələsinin siyasiləşdirilməsi cəhdlərinə qarşı sağlam mövqe nümayiş etdirilməli, dövlətçilik və milli maraqlar əsas götürülməlidir.
Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında 12 məsələ müzakirə ediləcək
Prezidentin sosial media hesablarında Thonqlun Sisulitun Azərbaycana rəsmi səfəri ilə bağlı paylaşım edilib
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB