14 oktyabr 2026 10:16
122

Qaradağ rayonunda YAP-ın VIII Qurultayının qərarları və gələcək fəaliyyət istiqamətləri müzakirə olunub

Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının Səngəçal qəsəbəsində yerləşən Səngəçal Burnu 82 ünvanı üzrə ərazi partiya təşkilatında (N.Nərimanov adına NQÇİ) YAP-ın VIII Qurultayında zərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin nitqindən irəli gələn məsələlərlə bağlı tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edərək önünüə gül dəsətələri düzüblər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov bildirib ki, YAP-ın VIII Qurultayı partiya üzvlərinin qarşısında yeni və mühüm vəzifələr müəyyənləşdirib. İlqar İlyasov Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin qurultayda proqram xarakterli nitqində səsləndirdiyi fikirlərin partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyətini vurğulayıb.

Tədbirdə digər çıxış edənlər – Səngəçal Burnu 82 ünvanı üzrə ərazi partiya təşkilatının sədri Fərhad Cəfərov, partiya fəalları Ağəli Zülfüqarov, Ceyhun Fərzəliyev və başqaları partiyanın ölkənin ictimai-siyasi həyatındakı rolundan, dövlət başçısının rəhbərliyi ilə əldə olunan nailiyyətlərdən və qarşıda duran vəzifələrdən danışıblar. Bildiriblər ki, ölkəmizdə hökm sürən xalq-iqtidar birliyi YAP-ın VIII qurultayının irəli sürdüyü vəzifələrin həyata keçirilməsi üçün güclü zəmin yaradır və Azərbaycan neftçiləri bu vəzifələrin icrasında həmişə olduğu kimi bu mərhələdə də fəal iştirak edəcəklər.