23 oktyabr 2026 11:57
99

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Orxan Fərmayıl oğlu Məmmədov oktyabrın 23-də rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

“İki sahil” xəbər verir ki, təqdimatı Prezidentin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev edib.

Zeynal Nağdəliyev təqdimat zamanı çıxış edərək dövlət başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

Orxan Məmmədov ona göstərilən etimada görə minnətdarlığını ifadə edib.

Qeyd edək ki, O.Məmmədov oktyabrın 22-də Prezident İlham Əliyevin Sərəncamı ilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.