Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev suveren respublikanın bərqərar olmasında böyük xidmətləri olan ölkənin birinci prezidenti Nursultan Nazarbayevin adının heç vaxt unudulmayacağını bəyan edib.
“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Səylərimizi birləşdirərək biz Ədalətli Qazaxıstanı qurur və cəmiyyətdə ədalət prinsipini bərqərar edirik. Ədalətin ali mənəvi dəyər olduğu barədə fikri tamamilə doğru hesab edirəm. Yeni partiya 'Ədalət' adlanır", — deyə Tokayev Respublika Günü münasibətilə keçirilən təntənəli tədbirdə çıxış edərkən bildirib.
O, məhz ədalət mövqeyindən tarixi proseslərə baxmağın və onlar obyektiv qiymət verməyin vacibliyini qeyd edib.
"Buna görə də hesab edirəm ki, suveren Qazaxıstanın bərqərar olmasına, onun son dərəcə mürəkkəb iqtisadi şəraitdə inkişafına və ölkəmizin çoxlu sayda tarixi uğurlar əldə etməsinə nəhəng töhfə vermiş birinci prezident Nursultan Nazarbayevin adı heç vaxt unudulmayacaq. Çünki belə bir qiymətləndirmə ədalət tələblərinə tam cavab verir", — deyə Qazaxıstan prezidenti vurğulayıb.