23 oktyabr 2026 15:45
150

Mehriban Vəliyeva Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib

Milli Məclisin deputatı Mehriban Vəliyeva Sumqayıt şəhərində Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib.

“İki sahil” xəbər verir ki, deputat şəhidlər Ramil Quliyev, Vüqar Məmmədov və Bəxtiyar Muradovun ailə üzvləri ilə görüşüb, onların qayğı və problemləri ilə maraqlanıb, səmimi söhbətlər aparıb.

Görüşlər zamanı şəhid ailələrinin müraciətləri dinlənilib, onların sosial rifahının və gündəlik qayğılarının diqqətdə saxlanılmasının vacibliyi vurğulanıb.

Mehriban Vəliyeva şəhid ailələrinin hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd edib. Bildirilib ki, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsini yaşatmaq, onların ailələrinə həssaslıqla yanaşmaq hər birimizin mənəvi borcudur.