23 oktyabr 2026 15:50
156

BDU-nun 78 tələbəsi Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramına cəlb olunub

Son 5 ildə BDU-nun 78 tələbəsi Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramına cəlb olunub

Oktyabrın 22-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun tərəfdaşlığı ilə həyata keçirilən “Qızların Təhsilinə Dəstək” layihəsinin 5 illik yubileyi qeyd olunub.

2021-ci ildən icra olunan layihə çərçivəsində Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramına Bakı Dövlət Universiteti (BDU) üzrə 5 il ərzində 78 qız cəlb edilib. Layihədən son iki ildə məzun olan 14 qız isə hazırda “Qızların təhsilinə dəstək” Məzunlar Şəbəkəsinin üzvüdür.