Keniyada “Ebola” virusundan ikinci ölüm hadisəsi qeydə alınıb. Xəstəlikdən 65 yaşlı qadın vəfat edib.
“İki sahil” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, qadın “Ebola”dan ölən ilk şəxsin yaxın qohumu olub və onunla birbaşa təmasda olub. Oktyabrın 13-də onda xəstəliyin simptomları yaranıb. Tibbi yardım göstərilməsinə baxmayaraq, qadın oktyabrın 23-də vəfat edib.
Keniyada ümumilikdə doqquz yoluxma halı təsdiqlənib, onlardan ikisi ölümlə nəticələnib. Daha yeddi xəstə təcridxanalarda müalicə alır.
Səhiyyə Nazirliyi bütün yoluxma hallarının məlum təmasda olan şəxslər arasında qeydə alındığını və virusun geniş ictimaiyyət arasında yayılmasına dair dəlil olmadığını bildirib.
Qeyd edək ki, Keniyada ilk “Ebola” hadisəsi oktyabrın 6-da qeydə alınıb.
İran ordusunun komandanı qoşunları ən yüksək döyüş hazırlığı səviyyəsini saxlamağa çağırıb
Kim Çen In KXDR-də dünyanın ən güclü silahlı qüvvələrinin yaradılmasını tapşırıb
Diqqəti cəmləmək qabiliyyətini yaxşılaşdırmaq üçün gündə neçə addım atmaq lazımdır?