24 oktyabr 2026 08:50
104

Almaniya Kansleri Sinqapur, Yaponiya və Koreya Respublikasına səfər edəcək

Almaniya Kansleri Fridrix Merts oktyabrın 26-dan 30-dək Sinqapur, Yaponiya və Cənubi Koreyada səfərdə olacaq.

“İki sahil” xəbər verir ki, Almaniya hökumətinin məlumatına əsasən, səfərin əsas məqsədi Asiyadakı bu yaxın tərəfdaş ölkələrlə təhlükəsizlik və iqtisadiyyat sahələrində əməkdaşlığı dərinləşdirməkdir.

Səfər çərçivəsində Kansler Sinqapurun Baş naziri Lourens Vonq və Prezidenti Tarman Şanmuqaratnam, Yaponiyanın Baş naziri Sanae Takaiçi, eləcə də Cənubi Koreyanın Prezidenti Li Ce Myonq ilə görüşlər keçirəcək.

Fridrix Merts Yaponiyada Almaniya-Yaponiya Biznes Sammitində iştirak edəcək, Seulda isə Almaniya İqtisadiyyatının 19-cu Asiya-Sakit okean Konfransının açılışını edəcək. Kanslerin Şimali Koreya ilə sərhəddə yerləşən hərbisizləşdirilmiş zonaya səfəri də nəzərdə tutulur.

Kansleri səfər zamanı iqtisadi sahənin nümayəndələrindən ibarət heyət müşayiət edəcək.