Azərbaycan Basketbol Liqasında IV turun daha bir oyunu bu gün keçiriləcək.
“İki sahil” xəbər verir ki, NTD "Ordu" ilə üz-üzə gələcək.
Bakı İdman Sarayındakı qarşılaşma saat 15:00-da start götürəcək.
Xatırladaq ki, tura oktyabrın 25-də yekun vurulacaq. Ötən gün "Naxçıvan" "Sabah"ı məğlub edib - 88:83.