Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux oktyabrın 24-26-da Belarusa rəsmi səfər edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidmətinə yaxın "Pul pervoqo" "Telegram" kanalının məlumatında bildirilib.
Qeyd olunub ki, bu, onun Belarusa ilk səfəridir.
Səfər çərçivəsində Belarus Prezidenti Aleksandr Lukaşenko ilə danışıqların aparılması, əməkdaşlıq haqqında sənədlərin imzalanması gözlənilir.
Bundan başqa, Belarus-Monqolustan biznes-forumu keçiriləcək.
Danimarkanın Baş nazirinin miqrasiya ilə bağlı açıqlamaları Avropa Parlamentində fikir ayrılığına səbəb olub
İrakli Kobaxidze: Azərbaycanla danışıqlar nəticəsində iqtisadi təhlükəsizliyimizlə bağlı ən vacib razılaşmalara nail olduq