Səudiyyə Ərəbistanının cənubunda Yəmənin "Ənsar Allah" hərəkatı (husilər) tərəfindən buraxılmış ballistik raketlərin qalıqlarının düşməsi nəticəsində iki nəfər yaralanıb.
“İki sahil” Səudiyyə Mətbuat Agentliyinə istinadən xəbər verir ki, bu barədə krallığın Mülki Müdafiə İdarəsi məlumat yayıb.
"Bazar günü mülki müdafiə qüvvələri iki ballistik raketin ələ keçirilərək məhv edilməsindən sonra onların qalıqlarının düşməsini qeydə alıb", - bəyanatda qeyd olunub.
Dəqiqləşdirilib ki, Səudiyyə Ərəbistanı vətəndaşı və Asiya ölkələrindən birindən olan şəxs xəsarət alıblar.
Bundan başqa, qalıqların düşməsi nəticəsində üç yaşayış evi və yeddi avtomobil zədələnib.
Danimarkanın Baş nazirinin miqrasiya ilə bağlı açıqlamaları Avropa Parlamentində fikir ayrılığına səbəb olub
İrakli Kobaxidze: Azərbaycanla danışıqlar nəticəsində iqtisadi təhlükəsizliyimizlə bağlı ən vacib razılaşmalara nail olduq