Azərbaycan millisinin üzvü Balabəy Ağayev Əbu-Dabi Böyük Dəbilqəsinin qalibi olub.
Cüdoçumuz turnirin finalında Tacikistan təmsilçisi Loiq Kudbudinovla qarşılaşıb. Balabəy Ağayev rəqibini ipponla məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Beləliklə, Azərbaycan yığması Əbu-Dabi Böyük Dəbilqəsində ikinci qızıl medalını qazanıb. Könül Əliyevanın ardınca Balabəy Ağayev də turnirdə ölkəmizin bayrağını zirvəyə qaldırıb.
Əhsən, Balabəy!
Fərid Qayıbov Misirin Gənclər və İdman Nazirliyinin nümayəndə heyətini qəbul edib