04 noyabr 2026 08:08
115

"Sabah" "Vikinq"ə qarşı

Bu gün Azərbaycan təmsilçisi "Sabah" UEFA Çempionlar Liqasının Liqa mərhələsində 4-cü tur oyununa çıxacaq.

“İki sahil” xəbər verir ki, Valdas Dambrauskasın komandası Norveçdə "Vikinq"lə qarşılaşacaq. "Viking Stadium"da keçiriləcək görüş Bakı vaxtı ilə gecə yarısı saat 00:00-da başlayacaq. Oyunu Niderlanddan olan hakimlər briqadası idarə edəcək.

Hazırda turnir cədvəlində "Sabah" 3 xalla 25-ci, "Vikinq" isə 1 xalla 33-cüdür. 

Xatırladaq ki, ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komanda birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanır. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vururlar.

UEFA Çempionlar Liqası,

Liqa mərhələsi,

4-cü tur

00:00. "Vikinq" (Norveç) - "Sabah" (Azərbaycan)

Hakimlər: Sander van der Eyk, Rens Bluemink, Stefan de Qrot, Coui Koy (hamısı Niderland)

VAR: Jeroen Maşkot (Niderland)

AVAR: Jerom Brisard (Fransa)

"Viking Stadium".