Qazaxıstanın may ayından bəri dayandırılmış "Dostluq" boru kəməri vasitəsilə neft tədarükünü bərpa etmək imkanı var.
“İki sahil” TASS-a istinadla xəbər verir ki, bunu respublikanın energetika naziri Yerlan Akkenjenov bildirib. O, Rusiya tərəfinə müvafiq sorğu göndərdiyini açıqlayıb.
"Rəsmi sorğu şəxsən mənim tərəfimdən təkbətək görüşdə ünvanlanıb, sorğu qarşı tərəfə təqdim olunub. Qazaxıstan tərəfi tədarükünbərpası ilə bağlı Rusiya tərəfindən cavab gözləyir", — deyə nazir mətbuat konfransında bildirib.