Pirşağı qəsəbəsi və bağlarını "Koroğlu" NəqliyyatMübadilə Mərkəzi ilə əlaqələndirən 173A və 173B nömrəli müntəzəm marşrut avtobusları yenilənir.
Noyabrın 13-dən marşrut xətləri üzrə ekoloji təmiz, CNG texnologiyası ilə təchiz edilən avtobuslarsərnişinlərə xidmət edəcək.
Hər bir marşrut üzrə 6 avtobus fəaliyyətgöstərəcək.
Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,65 AZN müəyyən edilib.