Prezident İlham Əliyevin Dublində Britaniyanın Baş naziri Endi Börnhamla imzaladığı strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkə arasında yeni era açır.
Bəyannamənin ən mühüm məqamlarından biri Böyük Britaniyanın Azərbaycanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləməsidir. London Azərbaycanla Ermənistan arasında davamlı sülhün əldə olunmasını dəstəklədiyini də bəyan edib. 2025-ci ilin avqustunda Vaşinqtonda əldə edilmiş razılaşmalara istinad olunması Britaniyanın Cənubi Qafqazdakı yeni siyasi reallıqlara verdiyi əhəmiyyəti göstərir. Sənədin ən diqqətçəkən istiqamətlərindən biri isə hərbi əməkdaşlıqdır. İki ölkə müdafiə sahəsində əlaqələri, hərbi təlimləri, təhlükəsizlik məsələləri üzrə dialoqu və müdafiə sənayesi istiqamətində tərəfdaşlığı genişləndirmək niyyətindədir. Bu, Böyük Britaniyanın Azərbaycanla münasibətlərində təhlükəsizlik amilinin getdikcə daha böyük yer tutduğunu göstərən mühüm siyasi mesajdır.
Bu, onu göstərir ki, Azərbaycana yalnız enerji təminatçısı kimi baxılmır. Bu səbəbdən sənəddə Orta Dəhlizə xüsusi diqqət ayrılması da təsadüfi deyil. Çindən Avropaya qədər uzanan nəqliyyat marşrutlarının əhəmiyyətinin artdığı bir dövrdə Azərbaycan mühüm tranzit və logistika mərkəzinə çevrilir. Bir çox ölkələr Azərbaycanın bu layihəsinə qoşulmağa qərar veriblər. Bununla da ölkənin iqtisadi tərəfdaşlıq coğrafiyası daha da genişlənir. Enerji sahəsində isə BP-nin Azərbaycandakı uzunmüddətli fəaliyyəti ilə formalaşmış tərəfdaşlığın yeni istiqamətlər üzrə inkişafı öz sırasını gözləyir.
Süni intellekt, rəqəmsal texnologiyalar, elm və təhsil sahələrində nəzərdə tutulan əməkdaşlıq da sənədin yalnız iqtisadi maraqlarla məhdudlaşmadığını göstərir və digər sahələrdə də əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Dublin görüşünün əsas siyasi və iqtisadi nəticəsi də məhz budur. Yəni, ölkəmiz qaz və neft ixracatçısı olmaqla bərabər, digər sahələrdə də tərəfdaşlar cəlb edir.
Qeyd edildiyi kimi, Azərbaycan Böyük Britaniya üçün təkcə neft və qaz təchizatçısı deyil, Cənubi Qafqazda təhlükəsizlik, nəqliyyat, regional sabitlik və iqtisadi əlaqələr baxımından əhəmiyyətli tərəfdaş kimi çıxış edir. Bakı ilə London arasında artıq yalnız iqtisadi maraqlara deyil, uzunmüddətli strateji əməkdaşlığa əsaslanan yeni dövr başlayır.
Bəyannamənin ən mühüm məqamlarından biri Böyük Britaniyanın Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləməsidir. Rəsmi London Azərbaycanla Ermənistan arasında davamlı sülhü dəstəklədiyini də bəyan edib. Xüsusilə 2025-ci ilin avqustunda Vaşinqtonda əldə edilmiş razılaşmalara istinad olunması Britaniyanın Cənubi Qafqazdakı yeni siyasi reallıqlara verdiyi əhəmiyyəti göstərir.
Sənədin ən diqqətçəkən istiqamətlərindən biri isə hərbi əməkdaşlıqdır. İki ölkə müdafiə sahəsində əlaqələri, hərbi təlimləri, təhlükəsizlik məsələləri üzrə dialoqu və müdafiə sənayesi istiqamətində tərəfdaşlığı genişləndirmək niyyətindədir. Bu sahədə əməkdaşlıq Azərbaycanın hərbi qüdrətini daha da yüksəldəcəkdir. Ölkəmiz aldığı müasir silahlarla öz hərbi potensialını artıracaqdır. Bu, Böyük Britaniyanın Azərbaycanla münasibətlərində təhlükəsizlik amilinin getdikcə daha böyük yer tutduğunu göstərən mühüm siyasi siqnaldır. Əlbəttə, Bəyannamədə göstərilən müddəalar region dövlətlərinin və bədxah niyyətdə olan dövlətlərin də diqqətini cəlb edəcək və hər kəsə öz yerini tanıdacaqdır. Hazırkı narahat dünyada belə dəstək olduqca vacibdir. Azərbaycanın Britaniya kimi nüfuzlu dövlətlə strateji tərəfdaşlığı ölkəmizin mövqeyini daha gücləndirəcəkdir.
Vəli İlyasov, “İki sahil”