14 noyabr 2026 15:24
81

ABŞ-də partlayış təhlükəsi ilə əlaqədar iki şəhərin sakinləri təxliyə olunur

ABŞ-nin İllinoys ştatında etanol və spirt istehsal edən zavodda partlayış təhlükəsi ilə əlaqədar iki şəhərin sakinlərin və müəssisə əməkdaşlarının təxliyəsi elan edilib.

“İki sahil” xəbər verir ki, "CBS News" telekanalının məlumatına görə, təxliyə qərarı Peoriya şəhərində yerləşən "BioUrja Renewables" zavodunun bir mil (təxminən 1,6 kilometr) radiusunda yaşayan və ya işləyən bütün şəxslərə, eləcə də qonşu Şərqi Peoriya şəhərinin sakinlərinə şamil olunur.

Məhdudiyyətlərin tətbiqinə səbəb zavodun ərazisində və ya yaxınlığında şübhəli əşyanın aşkar edilməsi olub. Polis və fövqəladə hallar xidmətləri təhlükənin real olub-olmadığını müəyyənləşdirmək və əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə müəssisədə yoxlama aparır.

Peoriya polisi bildirib ki, təxliyə araşdırma müddətində ehtiyat tədbiri kimi həyata keçirilir.