Almaniyanın qərbində yerləşən Brül şəhərindəki əyləncə və istirahət parkında azı 15 nəfər xlor qazından zəhərlənib.
“İki sahil” xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.
İlkin məlumatlara görə, xlor sızmasına parkın ərazisində yerləşən hotelin hovuzunda baş vermiş texniki nasazlıq səbəb olub
Zərərçəkənlər tənəffüs yollarının qıcıqlanmasından və boğaz ağrısından şikayət ediblər. Dörd nəfər xəstəxanaya yerləşdirilib, digərlərinə isə hadisə yerində tibbi yardım göstərilib.