Azərbaycan Tbilisidəki yaşayış binasında baş verən partlayışla bağlı Gürcüstana başsağlığı verib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
"Tbilisidə yaşayış binasında baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk.
Həyatını itirənlərin ailələrinə ən səmimi başsağlığımızı bildirir, düşüncələrimizin bu faciədən zərər çəkmiş hər kəslə olduğunu vurğulayırıq.
Xəsarət alanların tezliklə və tam sağalmalarını arzulayırıq", - paylaşımda bildirilib.
Xatırladaq ki, Tbilisinin Poniçala qəsəbəsində təbii qaz sızması nəticəsində yaşayış binasında partlayış baş verib.
Yeni geosiyasi reallıqlar Azərbaycanın qlobal diplomatiya gündəliyini daha da zənginləşdirir - TƏHLİL
“Yeni dövrün çağırışları: güclü iqtisadiyyat və dayanıqlı inkişaf strategiyası” - FOTO
Azərbaycan-Litva parlamentlərarası əlaqələrinin genişləndirilməsi müzakirə edilib
Avropa Parlamentinin qərəzli sənədləri Azərbaycanın müstəqil siyasətinə təsir edə bilməz - Sahil Kərimli
Azərbaycan və Özbəkistan parlamentləri arasında "Yol xəritəsi" imzalanıb YENİLƏNİB