25 noyabr 2026 19:12
34

Parlamentlərarası əməkdaşlıq komissiyası mühüm əhəmiyyətə malikdir

Azərbaycan Milli Məclisinin və Özbəkistan Ali Məclisinin parlamentlərarası əməkdaşlıq komissiyasının rolu son dərəcə mühümdür.

Biz istəyirik ki, ixtisaslaşmış parlament komitələri birbaşa əlaqə saxlayıb təcrübə mübadiləsi aparsınlar və ikitərəfli razılaşmaların həyata keçirilməsi üçün qanunvericilərin dəstəyinin zəruri olduğu məsələləri vaxtında müzakirə edə bilsinlər.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin və Özbəkistan Ali Məclisinin parlamentlərarası əməkdaşlıq komissiyasının birinci iclasında Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva deyib.

O bildirib ki, bu təcrübə sayəsində gələcəkdə daha çox ixtisaslaşmış komitə və regionlarımızın nümayəndələri birgə fəaliyyətə cəlb olunacaq.

“Əvvəllər parlamentlərarası əməkdaşlıqda belə bir təcrübəmiz olmayıb. Daha çox yalnız müəyyən komitələr əməkdaşlığa cəlb olunurdu. Ümid edirik ki, komissiya bundan sonra dövlətlərarası müqavilə və sazişlər çərçivəsində həyata keçirilən layihələrin icrasına cavabdeh olan bütün aidiyyəti komitələri bu prosesə cəlb edəcək”, - T.Narbayeva əlavə edib.