Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan “Sülh Körpüsü” təşəbbüsünün 5-ci dəyirmi masa müzakirəsi çərçivəsində tədbir iştirakçıları ilə görüşüb.
“İki sahil” News.am saytına istinadla xəbər verir ki, görüş zamanı iştirakçılar Təhlükəsizlik Şurasının katibinə suallar verib və fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Ermənistanda “Sülh körpüsü” təşəbbüsünün beşinci görüşü başlayıb. Görüşdə Ermənistan və Azərbaycandan ümumilikdə 60 vətəndaş cəmiyyəti nümayəndəsi iştirak edir.