26 noyabr 2026 19:01
212

AAYDA sədri Lənkəranda qəbul keçirdi: Sakinlər hansı problemləri qaldırdılar?

Noyabrın 26-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin Sədri Vüsal Nəsirli Lənkəran şəhərində vətəndaş qəbulu həyata keçirib.

“İki sahil” xəbər verir ki, qəbulda Lənkəran, Astara və Lerik rayonlarının sakinləri iştirak ediblər.

Vətəndaşlar əsasən avtomobil yollarının tikintisi, təmiri və yenidən qurulması, yol infrastrukturu ilə bağlı mövcud problemlər və digər məsələlərlə bağlı müraciətlərini səsləndiriblər.

Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin Sədri Vüsal Nəsirli sakinlərin müraciətlərini dinləyib, qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həlli istiqamətində müvafiq tapşırıqlar verib.

Agentliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müraciətlərin nəzarətə götürülməsi və həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi tapşırılıb.