Aparıcı Fira Cəlilovanın (Firuzə İskəndərova) evində gizlənən şəxsin kimliyi məlum olub.
“İki sahil” Oxu.Az-a istinadla xəbər verir ki, polis əməkdaşlarına Novxanı qəsəbəsində Fira Cəlilovanın anasına məxsus bağ evində müxtəlif cinayətlər törətməkdə təqsirləndirilən Əlihüseyn Hüseynovun gizlənməsi barədə məlumat daxil olub.
Müəyyən edilib ki, axtarışda olan şəxs bilə-bilə həmin evdə gizlədilib.
Hadisə yerinə əməliyyat qrupu gedib və Ə.Hüseynov gizlədildiyi yerdən aşkarlanaraq saxlanılıb.
Qeyd edək ki, Ə.Hüseynovla F.Cəlilovanın qohumluq əlaqələri olmayıb.