27 noyabr 2026 10:43
438

Region məşqçilərinə lisenziyalar verildi

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) və Bakı Futbol Federasiyasının (BFF) birgə təşkilatçılığı iləkeçirilən D kateqoriyalı məşqçi kursu bu gün başa çatıb.

AFFA tərəfindən qəbul edilimiş Futbolun İnkişafStrategiyasına uyğun olaraq noyabrın 24-də start götürənüçgünlük təlim proqramı ərzində iştirakçılara məşq prosesininplanlaşdırılması, eləcə də müasir futbol metodikası üzrə nəzərivə praktiki biliklər tədris olunub. Təlimlər Aslan Kərimovunrəhbərliyi ilə AFFA-nın təlimatçıları İlham Əzizzadə və Mehdi İbrahimov tərəfindən aparılıb və məşqçilərin ilkin peşəkarbacarıqlarının formalaşdırılmasına yönəlib.

Kursun yekununda tədris proqramını uğurla tamamlayanAFFA Region Liqasında təmsil olunan komandaların 26məşqçisinə D lisenziyalı diplomlar təqdim edilib.